İqlim dəyişikliyi ilə mübarizə üçün 10 trilyon dollara qədər vəsait tələb olunacaq – Kristalina Georgiyeva

İqlim böhranının səbəb olduğu tədbirlərin yumşaldılması dünya birliyi tərəfindən 6 trilyon dollardan 10 trilyon dollara qədər vəsait ayırılmasını tələb edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Sərəncamçı direktoru Kristalina Georgiyeva bildirib.


K.Georgiyeva iqlim dəyişikliyindən danışarkən qeyd edib: “Bizə milyardlar yox, trilyon [dollar] lazımdır. Hesab edirik ki, bu onillikdə [böhranın] yumşaldılması tədbirlərinə 6 trilyondan 10 trilyon dollara qədər vəsait yönəltmək lazımdir”.