iPhone 8-də Touch ID dövrünə son

iPhone 8-də Touch ID dövrünə son

“Apple” şirkəti, iPhone 8 üçün istifadəçi üzünün 3D skanı əsasında yeni təhlükəsizlik sistemi üzərində çalışır.

Yeni təhlükəsizlik sistemi, ənənəvi Touch ID-ni əvəz edəcək. Hal hazırda şirkət mühəndisləri bu sistemin dəqiqliyi və sürətinin yaxşılışdırılması üzərində çalışır. Məlumata əsasən yeni sistem, istifadəçi üzünü bir neçə millisaniyə ərzində skan edir. Bundan əlavə bildirilir ki, yeni sistem, təhlükəsizliyinə görə Touch ID-ni geridə qoyur.

Məlumata əsasən bu sistemdən istifadə etmək üçün istifadəçinin, smartfonu üz hissəsinə yaxınlaşdırması məcbur deyil. Belə ki, sistem istənilən vəziyyətdə çalışa bilir. Bundan əlavə olaraq şirkət həmçinin göz qişasının skanı texnologiyasını da test edir. Qeyd etmək lazımdır ki, “Apple”, Touch ID sistemini ilk dəfə 2013-cü ildə iPhone 5s-də təqdim etmişdi. 1 ildən sonra isə iOS-də barmaq izi skanı vasitəsilə online ödənişlər etmək və mobil tətbiqlərə daxil olmaq mümkün oldu. iPhone 8-də 3D ön kameranın olacağıhaqqında məlumatlar hələ bu ilin May ayında yayılmışdı. Qeyd etmək lazımdır ki, yeni iPhone modeli ənənəvi olaraq Sentyabr ayında təqdim olunacaq.