iPhone 8 belə olacaq

iPhone 8 belə olacaq

İstehsal tarixi belə bilinməyən “Apple”ın yeni texnoloji yeniliyi “iPhone 8″in görüntüləri yayılıb.

Yeni smatrfonun olduğu iddia edilən görüntülər internetdə yerləşdirilib.

Adətən bu telefonun ekranı qapalı ikən olan fotoları yayılırdı. Yeni yayılan fotolarda isə ekran görüntüsü açıqdır.

Yeni modeldə ekran telefonun bütün səhtini qapayır. Hətta kamera və səsgücləndirici olan sahə də ekranın altında qalıb. İddiaya görə, “iPhone 8” əsas rəqibi hesab edilən “Samsung Galaxy S8″dən daha nazik olacaq.

Eskizlərdə telefonun arxa hissəsi göstərilməyib. Bu da “Touch ID”nin onun arxasına köçürüldüyünü deməyə əsas verir.

iphone8