İordaniya məhkəməsi kral II Abdullanın qohumu Valid əl-Kürdini
qiyabi olaraq 18 il müddətinə həbs edilib.
Trend-in
məlumatına görə, o, korrupsiyada və vəzifə səlahiyyətlərini aşmaqda
təqsirli bilinib.
Məhkəmə eyni zamanda V.əl-Kürdini 268 milyon dollara yaxın
məbləğdə cərimələyib. Qeyd olunur ki, II Abdullanın bibisinin
yoldaşı olan Valid əl-Kürdi İordaniya fosfat hasilatı şirkətinin
baş direktoru olduğu müddətdə hasilat müqavilələri ilə fırıldaq
əməliyyatları həyata keçirib.
Bir müddət əvvəl İordaniyanə tərk etmiş V.əl-Kürdinin hazırda
Böyük Britaniyada yaşadığı deyilir.