Bakı şəhərinə yeni prokuror təyin edilib

Bakı şəhərinə yeni prokuror təyin edilib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun
Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq
əmr imzalayıb.

Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin
olunub.

E.Abbasov bu təyinatadək Baş Prokurorluğunun Təşkilat və icraya
nəzarət idarəsinin rəisi vəzifəsində çalışırdı.

Teqlər: