İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə
İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və
böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı
və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və
rifah arzu edirəm”.

Teqlər: