İordaniya İsrail sərhədinə əlavə qoşun yeridir

İordaniya İsrail sərhədinə əlavə qoşun yeridir

İordaniya İsraillə sərhədə əlavə qoşun yeridir.

AzerTimes xəbər verir ki, bu barədə “İsrailin səsi” məlumat yayıb.

Bildirilib ki, bu yöndə qərar İordaniya sakinlərinin sərhədi yarmaq və İsrail ərazisinə daxil olmaq planları ilə bağlı açıqlamalarından sonra qəbul edilib.

Belə ki, məhz yerli fələstinlilərin HƏMAS-a yardımının qarşısını almaq üçün sərhədə əlavə qoşun yeridilir.

Hələlik, İordaniya rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.

Teqlər: