İordaniya İsrail səfirini ölkədən çıxarır

İordaniya İsrail səfirini ölkədən çıxarır

İordaniya parlamenti İsrail səfiri Əmir Vaysbrodun ölkədən çıxarılmasının lehinə səs verib.

AzerTimes xəbər verir ki, bu barədə “Petra” agentliyi məlumat yayıb.

“Deputatlar israilli deputatın fikirləri ilə razılaşmadıqlarını bildirdilər və Əlahəzrət Kral II Abdulla və hökumətimizə dəstəklərini ifadə etdilər”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, martın 20-də İsrailin maliyyə naziri Beçalel Smotriç Fələstin xalqının və dilinin olmadığını bildirmişdi.

Teqlər: