İordaniyanın xarici işlər naziri Ayman Hüseyn Abdullah əs-Səfədi oktyabrın 18-də Əmmanda ABŞ Prezidenti Co Baydenin iştirakı ilə keçirilməsi planlaşdırılan sammitin ləğv edildiyini açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
“Əmmanda dördtərəfli sammit keçirməmək qərarına gəldik”, – deyə nazir bildirib.
O, bu qərarın Misir, ABŞ və Fələstinlə məsləhətləşmələrdən sonra verildiyini izah edib.
Qeyd edək ki, oktyabrın 18-də İordaniyanın paytaxtında baş tutmalı olan görüşdə Bayden, İordaniya kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin Prezidenti Mahmud Abbas iştirak etməli idi.
Bundan əvvəl Mahmud Abbas Qəzzadakı xəstəxanaya raket zərbəsi nəticəsində yüzlərlə insanın ölümünə görə sammitdən iştirakdan imtina etmişdi.