İnzibati xətaları aşar etmək üçün yeni qaydalardan istifadə olunacaq

Xəbər - Elçin Mehdiyev – Trend:

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

AzerTimes-ın məlumatına görə, dəyişikliklə məcəlləyə yeni maddə (81-1-ci maddə: Dövlət informasiya sistemlərinin (ehtiyyatlarının) məlumatları) əlavə olunur.

Yeni maddəyə (81-1.1) əsasən, bu məcəllənin 192., 192.2, 192.3, 194, 195.2, 496.2, 540.1 və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin məlumatlarından istifadə edilir.

81-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir.

Teqlər: