İnvestisiyanın dövlət tərəfindən alınmasına dair təminat qaydası

İnvestisiyanın dövlət tərəfindən alınmasına dair təminat qaydası

Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat qaydası müəyyənləşir.

AzerTimes xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “İnvestisiya fəaliyyəti haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, investisiyanın dövlət ehtiyacları üçün alınması, habelə Mülki Məcəllə ilə nəzərdə tutulan rekvizisiya istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində investisiyanın və investisiya qoyuluşunun investorun razılığı olmadan alınmasına və milliləşdirilməsinə yol verilməyəcək. İnvestisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilməyəcək. Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınması əvəzində investorlara “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq kompensasiya ödəniləcək. Ödəniləcək kompensasiya investisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansı daha tez baş verərsə) sonra bilavasitə əvvəlki vaxtda investisiyanın ədalətli bazar dəyərinə uyğun müəyyən olunur və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödəniləcək.

Teqlər: