“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz – Həftənin hadisəsi “NFP”olacaq

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya
maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində
gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Avropa Mərkəzi Bankının iqtisadi hesabatının açıqlanmasından
sonra EURUSD məzənnəsi daha da ucuzlaşıb. Təhlillərə əsasən,
ucuzlaşma 1.08$-a kimi davam edə bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da
Amerikadan əmək bazarına dair dərc ediləcək önəmli fundamental
göstəricilər də investorların diqqət mərkəzindədir. Qeyri-kənd
təsərrüfatı sahələrində məşğulların (NFP) sayında aprel ayında da
sürpriz göstəricilər yayımlanarsa, dollar indeksi daha da yüksələ
bilər.

GBP.

Eyni texniki mənzərə funt sterlinqdə də müşahidə edilir. Dəstək
görən dollar fonunda GBPUSD məzənnəsi yenidə ucuzlaşır və 1.31$-a
çata bilər.

TRY.

Foreksdə dolların bahalaşması, özünü USDTRY məzənnəsində də
göstərir. Bu, tendensiyanın 17TL-yə kimi davam edəcəyini
proqnozlaşdırmağa əsas verir.

Cümə axşamı və cümə günü müvafiq olaraq saat 11:00-da Türkiyədən
xarici ticarət dövriyyəsi və sənaye sektorunda biznes aktivliyi
indeksi açıqlanacaqdır.

OIL.

Enerji birjalarında təklifin artması ilə Brent 116$-a ucuzlaşıb
və korreksiyadan sonra növbəti dəfə qırılması ucuzlaşmanın
sürətlənməsinə səbəb ola bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft
ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər
tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

FED-in sərt monetar siyasətinə davam etməsi, qızılın da
ucuzlaşmasına səbəb olur. 1938$-ın (62.3 $/qram) qırılması ilə bir
unsiya üzrə qiymət 1922$-a (61.8 $/qram) kimi dəyər itirə
bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
www.investaz.az veb saytı
vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin
fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı
lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti
(forex), fərdi investorların portfelinin idarə edilməsi, market
meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət
göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir.
Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna
daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən
məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya
əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Teqlər: