İnterpolun axtardığı neft qaçaqmalçısı saxlanıldı

İnterpolun axtardığı neft qaçaqmalçısı saxlanıldı

Yunanıstanın hüquq-mühafizə orqanları neft qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq şəbəkənin əsas üzvlərindən birini saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Yunanıstan polisi məlumat yayıb.

Bildirilir ki, şəbəkə Latın Amerikasından qaçaqmalçılıq yolu ilə əldə etdiyi neft məhsullarını müxtəlif ölkələrə sataraq 21 milyard dollar mənfəət əldə edib. Tankerlərin izlənməsinə mane olmaq üçün dəstə üzvləri sahildən aralandıqdan sonra transponderləri söndürüblər. Bu da qəza riskini artırıb.

Saxlanılan şəxs İnterpol tərəfindən axtarışda olan İtaliya vətəndaşıdır.

Teqlər: