Xəbər - Orxan Nəbiyev – Trend:
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Əhməd Nasir ər-Rəisi Beynəlxal Kriminal Polis Təşkilatının (İnterpol) prezidenti seçilib.
Trend-in məlumatına görə, bu barədə İnterpolun “Twitter” səhifəsində yazılıb.
Qeyd olunur ki, o, dörd il müddətinə quruma rəhbərlik edəcək.
O, bu vəzifədə Cənubi koreyalı Kim Çjon Yanı əvəz edəcək.