Ana və 2 yaşlı oğlu dəm qazından boğularaq həyatını itirib

Bərdə. Aslan Məmmədli -AzerTimes:

Bərdədə bədbəxt hadisə baş verib. Gənc ana və 2 yaşlı oğlu dəm qazından boğularaq həyatını itirib.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, hadisə Bərdə rayonunun mərkəzində, çoxmənzilli yaşayış binasında qeydə alınıb.

Yevlax rayon sakini, 26 yaşlı Ayşən Eldəniz qızı Yusifova və övladı 2019-cu il təvvəlüdlü Tunar Vüsal oğlu Əliyev yaşadıqları evdə dəm qazından boğularaq, həyatlarını itriblər. Şahidlərin sözlərinə görə hadisədən saatlar sonra xəbər tutulduğundan faciənin qarşısını almaq mümkün olmayıb.


Hazırda hər iki şəxsin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: