“İnter” Çempionlar Liqasının finalında!

“İnter” Çempionlar Liqasının finalında!

İtaliyanın “İnter” futbol klubu UEFA Çempionlar Liqasının finalına yüksəlib.

AzerTimes xəbər verir ki, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində müəyyənləşib. Birinci oyunda “Milan”a 2:0 hesabı ilə qalib gələn “İnter” “Cüzeppe Meatsa” stadionundakı ikinci görüşdə də rəqibini məğlub edib – 1:0. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.

Qeyd edək ki, yarımfinalın digər matçında İspaniya “Real Madrid”i İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. Komandalar arasında ilk matç 1-1 hesabı ilə başa çatıb.

Teqlər: