“İnter” ardıcıl ikinci dəfə İtaliya Superkubokunu qazandı

“İnter” ardıcıl ikinci dəfə İtaliya Superkubokunu qazandı

İtaliya Superkubokunda “Milan”a 3:0 hesabı ilə qalib gələn “İnter” ardıcıl ikinci dəfə kuboku qazanıb.

AzerTimes xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilib.

“Milan” ölkə çempionu, “İnter” isə ölkə kubokunun sahibi kimi Superkubok matçında oynamaq hüququ əldə edib.

İtaliya Superkuboku 1988-ci ildən keçirilir, ən titullu komanda 9 qələbəsi olan Turinin “Yuventus”udur.

“İnter” yeddinci dəfə İtaliya Superkubokunu qazanıb və bu göstəriciyə görə “Milan”la ikinci yeri paylaşır.

Teqlər: