“Instagram”-ın işində problem yaranıb

ABŞ-da “Instagram” sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Downdetector saytında məlumat verilib.

Qeyd olunur ki, problem haqqında məlumat verən istifadəçilərin 55%-i mobil tətbiqin işindən şikayət edir, 25%-i sayta daxil ola bilmir, digər 20%-i serverə qoşulmada problem yaşayır.

Teqlər: