İnsanları Marsa aparacaq raket payızda hazır olacaq

İnsanları Marsa aparacaq raket payızda hazır olacaq

“Space X”şirkəti bu lin noyabrında “Falcon Heavy” ağır raketinin ilk buraxılışını həyata keçirməyi planlaşdırır.

Bu barədə şirkətin rəhbəri İlon Mask özünün “İnstagram” səhifəsində yazıb. “Noyabrda “Falcon Heavy”in nümayiş uçuşu olacaq”, – deyə o, bildirib.

Xatırladaq ki, daha əvvəl şirkət Aya adi turistlərin göndərilməsi planından bəhs etmişdi. Uçuş “Dragon2” (Crew Dragon) gəmisində gerçəkləşəcək, gəmini kosmosa “Falcon Heavy” daşıyıcı raketi aparmalıdır. Bu raketin Mars missiyasında istifadəsi də nəzərdə tutulub.

İ. Mask onu da deyib ki, sınaq uçuşu zamanı raketin partlaması ehtimalı var.