İnsanlar vaksinasiyadan uzaq qaldıqca biz bu savaşı qazana bilmərik – Knessetin sabiq spikeri

Xəbər - Humay Ağacanova – Trend

İnsanlar vaksinasiyadan uzaq qaldığı halda biz bu savaşı qazana bilmərik .

AzerTimes-ın məlumatına görə, bunu İsrail Knessetinin keçmiş spikeri Daliya İtzik “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumda “İctimai Sağlamlıq və Peyvəndlənmə” mövzusunda paneldə çıxış edərkən deyib.

D.İtzik bildirib ki, peyvəndlənmənin həyata keçirilməsində hələ də çətinliklər var:

“Buna səbəb də insanların peyvəndlə bağlı feyk xəbərlər yaymasıdır. Bu xəbərlər əhali arasında təşviş yaradır və onları vaksinasiya prosesindən uzaqlaşdırır. Nəzərə alsaq ki, pandemiya bizi inkişafdan geri qoyur, insanlar vaksinasiyadan uzaq qaldığı halda biz bu savaşı qazana bilmərik”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Teqlər: