İnsanı cavan saxlayan məhsullar…

İnsanı cavan saxlayan məhsullar…

Tərkibində təbii biotənzimləyicilər – poliprenollar və bioflavonoidlər olan giləmeyvə və meyvələr insanı cavan saxlamağa kömək edəcək.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyada XFIT fitness testi üzrə terapevt və mütəxəssis Yekaterina Ladygina deyib.

“Bir ovuc zoğal və qarağat kimi giləmeyvə yaddaşı və idrak funksiyasını yaxşılaşdıracaq, antidepresan təsir göstərəcək və gəncliyi uzatmağa kömək edəcək”, – həkim deyib.

Mütəxəssis cavanlığı qorumaq üçün qaragilə, qara və qırmızı qarağat, kivi, zoğal və albalıdan istifadə etməyi tövsiyə edib:

“Onlar reparativ və bərpaedici prosesləri aktivləşdirir, orqanların strukturunu və funksiyalarını bərpa edir”.

Teqlər: