İngiltərədə binada dəhşətli yanğın – Foto

İngiltərədə binada dəhşətli yanğın – Foto

İngiltərənin Bedford şəhərində baş verən yanğın 20 mənzili əhatə edib.

AzerTimes xəbər verir ki, Redvud Qrovu ərazisindəki mənzildə qaz partlayışı nəticəsində çıxan yanğında iki nəfər yaralanıb.

Alovdan xilas olmaq istəyən 1 nəfər mənzilin ikinci mərtəbəsindən özünü atıb.

Hadisə yerinə cəlb olunan polis və yanğınsöndürənlər insanlara ərazidən uzaq durmaları barədə xəbərdarlıq edib. Yanğın və Xilasetmə Xidməti vətəndaşları qapı və pəncərələri bağlı saxlamağa çağırıb.

Ərazidəki bir çox bina, o cümlədən ibtidai məktəb boşaldılıb.

Teqlər: