İngiltərədə Axilles-Hektor döyüşünə aid mozaika tapıldı

İngiltərədə Axilles-Hektor döyüşünə aid mozaika tapıldı

Böyük Britaniyada arxeoloqlar Troya müharibəsinin iki qəhrəmanı Axilles və Hektor arasındakı məşhur döyüşü əks etdirən Roma dövrünə aid mozaika tapıblar.

AzerTimes xəbər verir ki, bu barədə Lester Universitetinin Arxeoloji Tədqiqat İdarəsi məlumat yayıb.

“Rutland qraflığında eramızın III-IV əsrlərinə aid tikililərin ərazisində qazıntılar zamanı aşkar edilmiş mozaikanın eni 11 metr, hündürlüyü isə 7 metrdir. Bu, Böyük Britaniyada Roma dövrünə aid ən maraqlı kəşfdir. Hesab edirik ki, belə bir sənət əsərinin sifarişçisi zəngin ədəbiyyat klassikləri bilicisi olub”, – Universitetin Arxeoloji Tədqiqat İdarəsinin direktor müavini Con Tomas bildirib.

Teqlər: