İngiltərədə 1941-ci ilin bunkeri hərraca çıxarılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

İngiltərədə 1941-ci ildə radar mərkəzi kimi inşa edilmiş bunker hərraca çıxarılıb.

AzerTimes-ın məlumatına görə, iki mərtəbədə 60 otağı əhatə edən bunker həm də bomba sığınacağı kimi fəaliyyət göstərib.

Bunkerin ilkin satış qiyməti 545 min dollardan çox dəyərləndirilib.

1958-ci ildə həmin obyekt Böyük Britaniya Daxili İşlər Nazirliyinin balansına keçib.