İngiltərə Premyer Liqası: “Tottenhem” – “Liverpul” matçı heç-heçə ilə bitib

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Tottenhem” “Liverpul”u qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun 2:2 hesablı heç-heçə ilə bitib.

“Tottenhem”in heyətində qolları Harri Keyn (13-cü dəqiqə) və Son Hın Min (74), qonaqların heyətində isə Dioqu Jota (35) və Endryu Robertson (70) vurublar.


18 oyun keçirən “Liverpul” 41 xalla turnir cədvəlində ikinci, 15 oyun keçirən “Tottenhem” isə 26 xalla yeddinci yerdə qərarlaşıb.