İngiltərə Premyer Liqası: “Liverpul” turnir cədvəlində liderliyə yüksəlib

Bu gün İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində “Liverpul” “Vulverhempton”un qonağı olub.

AzerTimes-ın məlumatına görə, oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1.

Oyunda yeganə qolu 45+4-cü dəqiqədə Divok Oriqi vurub.


Qeyd edək ki, 15 turdan sonra 34 xal toplayan “Liverpul” turnir cədvəlində liderliyə yüksəlib.

Teqlər: