“Arsenal” klubu İngiltərə Premyer Liqasının (APL) 26-cı tur matçında səfərdə “Lester”i məğlub edib.
Trend TASS-a istinadən xəbər verir ki, görüş 3:1 hesabı ilə başa çatıb.
Qaliblər sırasında qolları David Luis və Alexander Lakazett, meydan sahibləri tərəfdən isə Yuri Tilemans vurublar.
Qələbə “Arsenal”a 37 xal toplamağa və çempionatda 9-cu yerə çıxmağa imkan yaratdı, “Lester”in 49 xalı var, klub üçüncü yeri tutur.
“Lester” növbəti turda martın 3-də, “Arsenal” isə 6-da “Bernli” ilə qarşılaşacaqlar.