Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, yaralılar var

Bərdə. Samir Əli – Trend:

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend -in Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax – Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu Samux kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Vaz -2106”, “Vaz-2107” və “Haval” markalı avtomobillər toqquşması nəticəsində 2 nəfər ölüb, bir necə nəfər isə ağır xəsarət alıb. Ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib.


Faktla bağlı araşdırma aparılır.

Teqlər: