İndoneziyada yanğında ölənlərin sayı 18-ə yüksəldi

İndoneziyada yanğında ölənlərin sayı 18-ə yüksəldi

İndoneziyanın paytaxtı Cakartada baş verən yanğında ölənlərin sayı 18-ə yüksəlib.

AzerTimes xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, hadisə zamanı onlarla insan yaralanıb. Yanğın İndoneziyada ümumi yanacaq istehlakının dörddə birini təmin edən yerli neft şirkəti “Pertamina”nın neft bazasında baş verib.

Hazırda xilasedicilər itkin düşən 16 nəfərin axtarışını davam etdirir.

Teqlər: