İndoneziyada futbol matçında iğtişaş: 127 ölü

İndoneziyada futbol matçında iğtişaş: 127 ölü

İndoneziya futbol çempionatının 11-ci turunun “Arema” – “Persebaya” matçında iğtişaşlar baş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Sportexpress” məlumat yayıb.

Bildirilir ki, Malanqdakı “Kanjurukhan” stadionunda keçirilən oyundan sonra çoxlu sayda azarkeş meydançaya daxil olub. Nəticədə təhlükəsizlik qüvvələri ilə azarkeşlər arasında qarşıdurma yaşanıb. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Baş verən qarşıdurmalar nəticəsində 127 nəfər ölüb, 180-dən çox insan isə yaralanıb.

Teqlər: