İndoneziyada bina çöküb, 15 nəfər dağıntılar altında qalıb

İndoneziyanın Cənubi Kalimantan əyalətində mağaza binası
çöküb.

Trend-in
məlumatına görə, azı 15 nəfər dağıntıların altında qalıb.

Qeyd olunur ki, bu saatadək 3 nəfəri xilas etmək mümkün olub.
Digər şəxslərin axtarışı və xilasetmə işləri davam etdirilir.

Hazırda binanın çökməsinin səbəbləri məlum deyil. Hadisə ilə
bağlı araşdırma aparılır.