Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı artıb

Bu ilin, yanvar-mart ayları ərzində 73.346 daşınmaz əmlak
üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin ilk
rübü ilə müqayisədə 8,2% çoxdur. Rüblük göstəricinin 17.979-u (24,5
%-i) ilkin, 55.367-si (75,5%-i) isə təkrar qeydiyyatın payına
düşür.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinin saytına
istinadən məlumat verir.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 10.837-si
fərdi yaşayış və bağ evi, 19.253-ü mənzil, 40.572-si torpaq sahəsi,
832-si qeyri-yaşayış binası, 1.649-u qeyri-yaşayış sahəsi, 190-ı
əmlak kompleksi, 13-ü isə çoxmərtəbəli yaşayış binasıdır.

Qeyd edək ki, bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz
əmlakların 19.776-sı Bakı şəhərində, qalanları isə bölgələrdə
yerləşir.

Teqlər: