İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verdi

İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verdi

İndoneziyanın Yava adasının cənubunda 6,2 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Geofizika İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Teqlər: