İndoneziyada 5,8 bal gücündə zəlzələ olub

İndoneziyanın mərkəzi bölgəsində yerləşən Sulavesi əyalətində Rixter cədvəli ilə 5.8 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Meteorologiya və geofizika agentliyi məlumat yayıb.

Hadisə Cakarta vaxtı ilə saat 02:22-də (23:22 GMT+4 Bazar ertəsi) episentri Buol rayonunun 90 km şimal-şərqində, ocağı isə 10 kilometr dərinlikdə olmaqla qeydə alınıb.

Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barəd barədə məlumat verilməyib.

Teqlər: