İndoneziyada 5,5 bal gücündə zəlzələ olub

İndoneziyanın Papua əyalətində 5,5 bal gücündə zəlzələ baş
verib.

AzerTimes-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə,
yeraltı təkanların episentri əyalətin inzibati mərkəzi Cayapura
şəhərindən 131 kilometr cənub-qərbdə, ocağı isə 49 kilometr
dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami
təhlükəsi barədə məlumat verilməyib.