İndoneziya 2022 -ci ildə Bali adasında G20 zirvə görüşünü keçirməyi planlaşdırır

İndoneziya hakimiyyəti G20 (“İyirmilər qrupu”) ölkələrin zirvə görüşü kurort Bali adasında əyani formatda keçirməyi planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bu barədə The Straits Times qəzeti İndoneziya prezidenti Coko Vidodonun sözlərinə istinadən xəbər verib.

C.Vidodo bildirib: “Bu fürsətdən istifadə edərək pandemiya üzərində, o cümlədən sağlamlıq və iqtisadiyyatın bərpası baxımından nəzarət imkanlarımızı göstərmək istəyirik”.


1 dekabr 2021-ci ildə İtaliyadan keçəcək G20-yə sədrlik dövründə İndoneziya “əldə olunan irəliləyişi nümayiş etdirmək” niyyətindədir.

Onun sözlərinə görə, növbəti G20 sammiti böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yüksək nüfuza malik Bali adasında keçiriləcək.