İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam
bölmələri tərəfindən 17200 hektardan artıq ərazi mina və
partlamamış döyüş sursatlarından təmizlənib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ümumilikdə
6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank
əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı
aşkarlanaraq məhv edilib.