2021-ci ildə 164, ümumilikdə isə 7400-dən çox müharibə əlili
avtomobillə təmin edilib və proses davam edir.
Trend-in məlumatına görə, bunu Sosial Xidmətlər
Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev
deyib.
O qeyd edib ki, bu ilin əvvəlindən 3200, ümumilikdə isə
12500-dən çox şəhid ailəsi mənzil və fərdi evlə təmin olunub.