2022-ci ilin 1 may tarixinədək portalda qeydiyyatdan keçmiş
istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə 228,5 milyon
manata yaxın ƏDV məbləği geri qaytarılıb.
AzerTimes-ın məlumatına görə,
bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi
ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov
“vergiler.az” saytına müsahibəsində deyib.
O qeyd edib ki, bu günədək alınmış mallara görə ödənilmiş
ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az
portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.
““ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin
1 may tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara
ümumilikdə 573.199.160 kassa çeki üzrə 228,5 milyon manata yaxın,
bu ilin yanvar-aprel ayları ərzində isə 144.945.143 çek üzrə 56,5
milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Qeyd edək ki, ötən
ilin müvafiq dövründə istehlakçılara 38 milyon manata yaxın ƏDV
məbləği qaytarılmışdı”, – E.Məmmədov bildirib.