İndi “oğlanın özünün evi varmı?”- sualından başqa soruşurlar ki, ata-anasından uzaqdamı qalır? – Deputat

Ailənin problemi varsa, bu cəmiyyətin və iqtidarın problemidir.

Trend xəbər verir ki, bunu Milli Məclisi Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sosioloji sorğu-tədqiqatın nəticələrinə dair keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, ailə münasibətləri ilə bağlı bir suallar meydana gəlir.

“Biz klassik ailə modelini qorumaq üçün dəridən qabıqdan çıxmalıyıq, yoxsa zamanın axarına buraxmalıyıqmı? Bu günkü ailə 10 il əvvəlin ailəsi deyil. İndi ailədə nəinki baba-nənə, hətta ata -ana da yoxdur. İndi “oğlanın özünün evi varmı?”- sualından başqa sual verirlər ki, ata-anasından uzaqdamı qalır?.


Bu sorğu nəticəsində məlum olub ki, ailə münasibətlərinə maddi problemlər birinci yerdə durur”

“Bu cür problemlərin həlli üçün kəskin şəkildə sosial müavinətlərin qaldırmağın üstünə getməliyik” – deyə M. Quliyev qeyd edib.

Teqlər: