Bu rayonlara qar yağıb

Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Trend-in məlumatına görə, qarın hündürlüyü Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda 13, Qusarın Yasab kəndində 15, Xızının Altıağac qəsəbəsində isə 6 santimetrə çatıb. Quba rayon mərkəzində isə 5 santimetr qar var.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 8 dərəcəyədək enib.

Gecə saatlarında Qəbələ rayonunda da qarlı hava müşahidə edilib.

Teqlər: