İnanırıq ki, tezliklə İran parlamenti də Xocalı soyqırımını rəsmi surətdə tanıyacaq – Səfir

Xəbər - Elnur Bağışov – Trend:

Biz inanırıq və gözləyirik ki, İranın İslam Şurası Məclisi
(parlament) tezliklə müvafiq qətnamə qəbul edərək Xocalı
soyqırımını rəsmi surətdə də soyqırımı kimi tanıyacaq.

Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə mətbuat
konfransında AzerTimes-ın
sualına cavab olaraq deyib.

Ə.Əlizadənin sözlərinə görə, müxtəlif vaxtlarda İranın millət
vəkilləri, eyni zamanda, ötən il İran-Azərbaycan dostluq qrupu da
Xocalı soyqırımını qınamış və pisləmişdir. Xocalı soyqırımı
bəşəriyyət əleyhinə olan cinayətdir.

“30 il işğal dövrü ərzində, Ermənistan ordusunun, hərbi
birləşmələrinin Azərbaycanın torpaqlarının qanunsuz işğalı dövründə
İran dövləti də Azərbaycana dəstəyini göstərərək Azərbaycanın ərazi
bütövlüyünü həmişə dəstəkləmişdir.

Həmçinin, 44 günlük Vətən müharibəsi dövründə də İranın Ali
Lideri və hökuməti də açıqlamalar verərək Azərbaycanın ərazi
bütövlüyünə öz dəstəklərini bildirmişlər”, – deyə o qeyd edib.

Teqlər: