“İmperial” şadlıq sarayında yanğın baş verdi

“İmperial” şadlıq sarayında yanğın baş verdi

Gəncədə fəaliyyət göstərən şadlıq sarayında yanğın baş verib.

AzerTimes xəbər verir ki, hadisə Azərbaycan Bayrağı küçəsində yerləşən “İmperial” şadlıq sarayında qeydə alınıb.

İlkin məlumata görə, yanğın şadlıq sarayının mətbəxində başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb.

Teqlər: