İmişlidə yol qəzası borunu sıradan çıxarıb, 11 min ailə qazsız qalıb

İmişli rayon mərkəzində şəhər əhalisini təbii qazla təmin edən diametri 325 mm olan polad borunun yerüstü yol keçidi hissəsi avtoqəza nəticəsində sıradan çıxıb.

Nəticədə 11 min abonentin qaz təchizatında fasilə yaranıb. Qəza nəticəsində qaz xəttinin üzərində olan diametri 150 və 300 mm olan siyirtmə və qaz tənzimləyici tamamilə sıradan çıxıb.


Hal-hazırda sözügedən ərazidə qaz təchizatında yaranan fasilənin tezliklə aradan qaldırılması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qəza-bərpa işlərini davam etdirir.

Teqlər: