İmişlidə “patı” satanlar saxlanıldı (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri – O.Babazadə və A.Həsənov saxlanılıblar. Hər iki şəxsin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı analoji əməllə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə olan heroin aşkarlanıb.

Faktlarla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar aparılır. Narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Teqlər: