İmişlidə kişi ov zamanı özünü güllələdi

İmişlidə kişi ov zamanı özünü güllələdi

İmişli rayonunda 42 yaşlı kişi ov zamanı ehtiyatsızlıqdan özünə güllə xəsarəti yetirib.

AzerTimes xəbər verir ki, ov zamanı 1981-ci il təvəllüdlü Babək Bəhram oğlu Əsədovun tüfəngindən açılan atəş onun ayağını yaralayıb.

Yaralı ağır vəziyyətdə paytaxtda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ pəncənin odlu silahdan açılmış çoxsaylı qırma yaraları diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: