İmişlidə həyətyanı sahədə yanğın olub, xəsarət alan var

İmişli rayonunun Sarıxanlı kəndində xəsarətlə nəticələnən yanğın baş verib

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, həyətyanı sahədə yığılan 20 ton ot bağlamasının 2 tonu yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: