İmişlidə çay evi yanıb

İmişli rayonunda ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli çay evinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü, yaxınlıqda ümumi sahəsi 60 m² olan köməkçi tikilinin çardağı yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər: