İmişlidə beşotaqlı ev yanıb

Xəbər - Samir Əli – Trend:

İmişlidə beşotaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən xəbərə görə, ötən gecə İmişli şəhəri, N.Nərimanov küçəsində yanğın baş verməsi barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaş Əliyev Həzi Nəcəfqulu oğluna məxsus beşotaqlı fərdi yaşayış evində baş verdiyi müəyyən olunub.
Yanğınsöndürmə bölmələrinin səyi ilə yanğın qısa müddətdə genişlənməsinin qarşısı alınaraq söndürülüb.

Yanğın nəticəsində evin 1 otağının yanar konstruksiyaları və əşyaları, zirzəmisi qismən yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının evin qalan hissəsinə yayılmasının qarşısı alınıb.

Teqlər: