İlqar Atabəyli və Sənan Həsənoğluna hökm oxundu

İlqar Atabəyli və Sənan Həsənoğluna hökm oxundu

Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər Sənan Abdullayev və İlqar Atabəylinin məhkəməsi yekunlaşıb.

AzerTimes xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, S.Abdullayev və İ.Atayev 2021-ci ilin avqustunda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. S.Abdullayevin “youtube”da yaratdığı “Xəbər kanalı” səhifəsində İlqar Atayevlə Goranboy İcra Hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video formasında yayıb. Həmin videoların səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul almasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Teqlər: